Simferopol şəhər məhkəməsi Krım körpüsünün partladılması ilə bağlı başladılan cinayət işi üzrə şübhəli bilinən daha 5 nəfəri həbs edib.
Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Şübhəli şəxs statusunda olan 5 təqsirləndirilən şəxs istintaqın tələbi ilə dekabrın 8-dək həbs edilib”, – mətbuat xidmətindən bildirilib.
Mənbə: TASS