​Putin Paşinyan və Əliyevi Rusiyaya görüşə dəvət edib

​Putin Paşinyan və Əliyevi Rusiyaya görüşə
12:00 14.10.2022
233 Siyasət
A- A+

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi Rusiyaya görüşə dəvət edib. 

O, bu barədə Astanada MDB sammitində çıxışı zamanı bildirib.

“Mən Azərbaycan prezidentini və Ermənistanın baş nazirini Rusiyaya dəvət etməkdən məmnunam. Sizinlə bir tarix təyin edə bilərik. Ümid edirəm ki, Rusiyaya, hər yerdə, istənilən vaxt maraq var: Soçidə, Sankt-Peterburqda, Moskvada”, - deyə o, əlavə edib.

O xatırladıb ki, üç ölkənin liderləri dəfələrlə texniki formatda görüşlər keçiriblər və müasir reallıqları nəzərə alaraq yenidən görüşmək yaxşı olardı.

Mənbə: News.am