​Avropada qaz ucuzlaşıb

​Avropada qaz
13:00 14.10.2022
A- A+

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 556 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

13 noyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 555,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,2% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.