​“Belarus ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib” - Makei

​“Belarus ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib” -
13:35 14.10.2022
223 Dünya
A- A+

“Belarus ordusu və xüsusi təhlükəsizlik təşkilatları yüksək hazırlıq vəziyyətinə gətirilib”.

Bu barədə xarici işlər naziri Vladimir Makei açıqlama verib.

O bildirib ki, məqsəd qonşu ölkələrdən gələ biləcək təhdidə dərhal cavab verməkdir. Onun sözlərinə görə, Prezident Aleksandr Lukaşenko və ordu komandanları ilə toplantı keçirilib və antiterror əməliyyatları başladılıb. Diplomat əlavə detallar barədə məlumat verməyib.

Qeyd edək ki, Prezident Aleksandr Lukaşenko bundan əvvəl açıqlaması zamanı bildirib ki, o, terrorizmlə mübarizə üçün zəruri tədbirlərin görülməsi barədə orduya əmr verib.

Mənbə: BELTA