​Türkiyə Ukraynada müharibənin bitməsi üçün səyləri davam etdirir - Çavuşoğlu

​Türkiyə Ukraynada müharibənin bitməsi üçün səyləri davam etdirir -
13:45 14.10.2022
232 Siyasət
A- A+

“Türkiyə və Qətər Ukraynada müharibənin bitməsi üçün səyləri davam etdirir”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, müharibənin ortaya çıxardığı enerji böhranının aradan qaldırılması üçün Qətər vacib rol oynayır.

Bundan əlavə, nazir, Türkiyənin Qətərlə birlikdə Liviyadakı siyasi prosesləri də dəstəklədiyini bildirib.

Mənbə: APA