"Yuventus" A seriyasında növbəti oyununa çıxıb.
Komanda səfərdə "Torino"nun qonağı olub. Turin derbisi "Yuventus"un minimal hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, xallarını 16-ya yüksəldən "Yuventus" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Torino" isə 11 xalla 11-ci yerdədir.
"Torino" - "Yuventus" - 0:1
Qol: Duşan Vlahoviç, 74