​Gün ərzində Rusiyaya 30 zərbə endirilib - Ukrayna Baş Qərargahı

​Gün ərzində Rusiyaya 30 zərbə endirilib -
23:30 15.10.2022
253 Siyasət
A- A+

Ukrayna aviasiyası gün ərzində 30 zərbə endirib. Düşmən xeyli itki verib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilib.

“Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində 30 zərbə endirib. Silah və hərbi texnikanın cəmləşdiyi 23 ərazi, eləcə də düşmənin zenit-raket komplekslərinin yerləşdiyi 7 mövqe uğrunda müsbət nəticə əldə olunub. Bundan əlavə, hava hücumundan müdafiə bölmələrimiz düşmənin 6 PUA və bir helikopterini vurub”, - Baş Qərargahdan bildiriblər.