​Biləsuvarda 3 otaqlı ev yanıb

​Biləsuvarda 3 otaqlı ev
23:50 15.10.2022
258 Hadisə
A- A+

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən şənbə günü bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.