​Abşeronda 23 yaşlı motosikletçini avtomobil vuraraq ağır xəsarət yetirib

​Abşeronda 23 yaşlı motosikletçini avtomobil vuraraq
11:20 16.10.2022
252 Hadisə
A- A+

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1999-cu il təvəllüdlü Əlibəyli Kamran Zaur oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Ağır bədən xəsarətləri alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən qəlpəli sınıqları və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.