Misir səfirliyi bütün ölkə vətəndaşlarını “mümkün qədər tez” Ukraynanı tərk etməyə çağırıb. Niyə müharibənin səkkizinci ayında belə “vacib məsləhət” verildiyi mesajda göstərilməyib.
Misirlilərdən qonşu ölkələrə əlçatan quru yollarla Ukraynanı tərk etmələri istənilib. Ölkəni tərk etməyə qərar verən hər kəs səfirliklə əlaqə saxlamalı və məlumatlarını yeniləməlidir.