​İranda Evin həbsxanasında ölənlərin sayı açıqlanıb

​İranda Evin həbsxanasında ölənlərin
14:25 16.10.2022
248 Dünya
A- A+

Dünən axşam İranda Evin həbsxanasında ölənlərin sayı açıqlanıb.

Bu barədə ISNA məlumat yayıb. Bildirilib ki, Evin həbsxanasında dünən gecə baş verən yanğında 4 məhbus tüstüdən zəhərlənərək dünyasını dəyişib.

Hadisə nəticəsində 61 nəfər yaralanıb.

Xəsarət alanlardan 51 nəfərə ambulator müalicə göstərilib, 10 nəfərə isə xəstəxanaya yerləşdirilib.