​Magistral su kəmərində baş verən qəza ilə bağlı işlər davam edir - "Azərsu"

​Magistral su kəmərində baş verən qəza ilə bağlı işlər davam edir -
14:35 16.10.2022
283 Hadisə
A- A+

Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza ilə bağlı işlər davam edir.

Bu barədə APA-ya "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Qeyd edək ki, qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basmışdı.

Bir qədər əvvəl FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.