​Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirib

​Türkiyə ordusu Suriyada 6 terrorçunu
15:50 16.10.2022
254 Siyasət
A- A+

Suriyanın şimalında Fərat Qalxanı, Sülh bulağı və Zeytun budağı bölgələrinə hücum etməyə hazırlaşdıqları məlum olan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən açıqlamada deyilir:

“Biz terrorçuları xain ambisiyalarına çatmamış zərərsizləşdirməyə davam edirik. Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı, Zeytun Budağı və Barış bulağı bölgələrinə hücum etməyə hazırlaşdıqlarını təsbit etdikləri 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.