​Dörd ölkə “Avroviziya”dan imtina etdi

​Dörd ölkə “Avroviziya”dan
16:10 16.10.2022
243 Maqazin
A- A+

Monteneqro, Bosniya-Hersoqovina, Şimali Makedoniya və Bolqarıstan Liverpulda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirakdan imtina ediblər.

Bu barədə “Eurovisionwolrd.com” saytı məlumat yayıb.

Məlumata görə, ilk öncə Monteneqro müsabiqədən imtina edib. Bu qərara səbəb iştirak üçün yetərincə büdcə vəsaiti yoxdur.

Şimali Makedoniya da maliyyə çatışmazlığı səbəbindən qatılmayacağını açıqlayıb.

2017-ci ildən maliyyə səbəbindən müsabiqədə iştirak etməyən Bosniya-Hersoqovina da eyni səbəbdən müsabiqəyə qatılmayacağını elan edib.

Bolqarıstan isə bəyan edib ki, artıq bu müsabiqə onlar üçün əhəmiyyət kəsb etmir və həmişəlik ordan uzaqlaşırlar.

Mənbə: Kult