​Meksikada barda silahlı insident olub: 12 ölü, 3 yaralı var

​Meksikada barda silahlı insident olub:
16:30 16.10.2022
239 Dünya
A- A+

Meksikanın Quanahuato ştatının İrapuato şəhərindəki barda baş verən atışma nəticəsində azı 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə ştatın İctimai Təhlükəsizlik Departamentin "Twitter" səhifəsində məlumat verilib.

Departament bildirib:

"Təhlükəsizlik işçiləri hadisə yerinə tələsik gəliblər, orada həkimlər altı kişi və altı qadının öldüyünü təsdiqləyiblər".