​Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

​Cəlilabadda yol qəzası olub,
18:15 16.10.2022
238 Hadisə
A- A+

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, Uzuntəpə kəndində iki minik avtomobili toqquşub. Nəticədə rayon sakini, 2001-ci il təvəllüdlü E.İsayev ağır xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb. Qəza zamanı xəsarət almış daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.