​"Cadenza" orkestri “Allegoria Sacra” konserti təqdim edəcək

​
18:25 16.10.2022
A- A+

"Cadenza" orkestri (Cadenza Contemporary Orchestra) 20 oktyabr saat 19:00-da  Beynəlxalq Muğam Mərkəzində növbəti konsertini keçirəcək.

"Allegoria Sacra" ("Müqəddəs Allegoria") adlanan bu dəfəki konsertdə bəstəkar Elmir Mirzəyevin yaradıcılığının 20 illik dövrünü  əhatə edən, fərqli janrlarda yazılmış kamera-instrumental və səhnə əsərləri təqdim ediləcək.

Bəstəkarın müəllif konsertində əsərlər Cadenza Contemporary Orchestra solistləri və gitaraçı Rövşən Məmmədquliyev (gitaraçı) tərəfindən ifa olunacaq. 

Biletləri iticket.az saytından əldə eləyə bilərsiniz.