​Türk ulduz "Bavariya"nın hədəfində

​Türk ulduz
19:55 16.10.2022
235 İdman
A- A+

Almaniya nəhəngi "Bavariya" "Fənərbağça"nın gənc ulduzu Arda Gülər üçün hərəkətə keçib.

Bundesliqa təmsilçisi 17 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Klub nümayəndələri sabah saat 21:00-da "Ankaragücü" ilə liqa matçında türkiyəli oyunçunu izləyəcəklər. 

Gülər İngiltərə, İspaniya, İtaliya klublarının da maraq dairəsindədir.

Qeyd edək ki, Arda Gülərin "sarı-lacivərtlər"lə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.