​Parisdə konserti zamanı 41 yaşlı müğənni səhnədə dünyasını dəyişib

​Parisdə konserti zamanı 41 yaşlı müğənni səhnədə
20:20 16.10.2022
247 Maqazin
A- A+

Haitili müğənni Mikaben Benjamin Parisdə Carimi qrupu ilə konserti zamanı çıxış etdikdən sonra vəfat edib.

Bu barədə BFM kanalı məlumat yayıb.

Müğənni ifadan sonra huşunu itirib, həkimlər ona ürək masajı etsələr də xilas edə bilməyiblər. Sənətçinin 41 yaşı var idi.

Mikabeni səhnəyə "Ou Pati" kompozisiyasını ifa etmək üçün dəvət ediblər.

Bu, qrupun dağılmasından altı il sonra kollektivin ilk çıxışı idi.