​İsraildən şok: Ukraynaya yardım etməyin vaxtı çatdı

​İsraildən şok: Ukraynaya yardım etməyin
20:50 16.10.2022
274 Siyasət
A- A+

İsrailin diaspor işləri üzrə naziri Nəhman Şai İranın Rusiyaya PUA və ballistik raketlər satdığını əsas gətirərək, ölkəsinin Ukraynaya hərbi yardım etməsinin vacibliyini vurğulayıb.

O, bu barədə Tvitter səhifəsində yazıb.

“Bu səhər məlum oldu ki, İran Rusiyaya ballistik raketlər ötürür. Bu qanlı münaqişədə İsrailin hansı mövqe tutacağına artıq heç bir şübhə yoxdur. Ukraynaya hərbi yardımın verilməsinin vaxtı çatıb”, - deyə o bildirib.