​İranın Evil həbsxanasındakı durumdan narahatıq - Borel

​İranın Evil həbsxanasındakı durumdan narahatıq -
21:20 16.10.2022
250 Siyasət
A- A+

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel məhbuslar arasında münaqişə nəticəsində yanğının baş verdiyi İranın Evin həbsxanasındakı vəziyyətdən narahatlığını bildirib.

“Report” xəbər verir ki, o bu barədə tviterdə yazıb.

“İran hakimiyyəti bütün məhbusların, o cümlədən insan haqları fəallarının və Avropa İttifaqı vətəndaşlarının həyatına cavabdehdir. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiana dərin narahatlığımı bildirdim”, - Cozef Borel qeyd edib.

Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ baş verənlərlə bağlı ən şəffaf məlumat gözləyir.

Qeyd edək ki, ötən gün (15 oktaybr - Red) İran paytaxtının Evin həbsxanasında üsyan baş verib. Məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar. Yanğın nəticəsində 4 məhbus ölüb, 61 nəfər yaralanıb. Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti ağırdır.