​Kıvanç serialdan ssenariyə görə yox, pula görə ayrılıb - İDDİA

​Kıvanç serialdan ssenariyə görə yox,
22:00 16.10.2022
337 Maqazin
A- A+

Kıvanç Tatlıtuğ və Serenay Sarıkayanın yeni çəkiləcək "Kral Kaybederse" serialında baş rolu paylaşacaqları haqda xəbərlər yayılmışdı.

Layihədən geri çəkilən Tatlıtuğun bu qərarı "qadınlara qarşı şiddətin olduğu bir işdə yer almaq istəmədiyi" üçün verdiyi iddia edilib.

Amma bu günlərdə yeni iddia ortaya atılıb. Bəlli olub ki, problem ssenaridə deyil, puldadır.

Türk mediası bunla bağlı yazı dərc edib. Bildirilib ki, aktyor hər bölüm üçün 1,5 milyon lirə istəyib. Serenay Sarıkaya hər bölüm üçün 1 milyon tələb edəndə prodüser bu adlardan vaz keçərək başqa aktyorlar axtarmağa başlayıb.

Mənbə: Axsam.az