​Gəncədə kişi keçmiş arvadını bıçaqlayıb

​Gəncədə kişi keçmiş arvadını
22:45 16.10.2022
284 Hadisə
A- A+

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mağrasa bağı adlanan yaşayış massivində qeydə alınıb.

2002-ci il təvəllüdlü Pərvanə İsmayılova qolunun və qarnın müxtəlif hissələrinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Pasientin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qadının keçmiş əri Vüsal Rzayev tərəfindən bıçaqlandığı ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.