​Almaniya 5 min Ukrayna hərbçisinə təlim keçməyi planlaşdırır

​Almaniya 5 min Ukrayna hərbçisinə təlim keçməyi
23:00 16.10.2022
290 Siyasət
A- A+

Almaniya silahlı qüvvələrinin komandanlığı Avropa İttifaqının planlaşdırılan missiyası çərçivəsində 5 min ukraynalı hərbçini təlimlərə qəbul etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə N-TV məlumat yayıb.

Yeni çağırışçılar Aİ missiyası çərçivəsində ilkin hazırlıq keçəcək, daha təcrübəli əsgərlər isə xüsusi təlimlərə göndəriləcək. Bundesverdə Ukraynadan gələn hərbçilər “Iris-T” hava hücumundan müdafiə sistemi ilə işləmək üçün təlim keçəcəklər.

Almaniya mətbuatının yazdığına görə, belə qurğulardan biri artıq Kiyevə təhvil verilib.

Ümumilikdə Aİ missiyası 15 000 hərbi personala təlim keçməyi planlaşdırır.