​Türkiyədən sərt cavab: Afina bizi özü ilə səhv salır

​Türkiyədən sərt cavab:
23:15 16.10.2022
287 Siyasət
A- A+

Yunan yalan xəbər maşını yenə dövriyyədədir. Türkiyəni özləri ilə səhv salan yunan nazir paylaşdığı əsassız məlumatlarla ölkəmizi şübhə altında qoymağa çalışır.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.

"Yunanıstanı qaçqınlara qarşı qeyri-insani münasibətindən bir an əvvəl əl çəkməyə, Türkiyəyə qarşı əsassız ittihamlara son qoymağa, dövlət ciddiliyinə dəvət edirik", - deyə o bildirib.

Qeyd edək ki, yunan nazir Notis Mitaraçi miqrantlarla bağlı Türkiyəyə qarşı əsassız məlumatlar paylaşmışdı.