"Çelsi"nin futbolçusu Ris Ceyms ciddi zədə alıb.
Çempionlar Liqasının qrup mərhələsində "Milan"la görüşdə dizindən zədə alan ingilis müdafiəçi 8 həftə meydana çıxa bilməyəcək.
Bu isə o deməkdir ki, İngiltərə millisinin üzvü Qətərdə təşkil olunacaq dünya çempionatını buraxacaq.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.