Covid-19 peyvəndlərindən birini istehsal edən türk professorlar Özləm Türəci və Uğur Şahin, hazırda xərçəng müalicəsi üçün mRNT ehtiva edən yeni bir texnologiya üzərində işləyirlər.
Ümid edirlər ki, bu texnologiya melanoma, bağırsaq xərçəngi və digər şiş növlərinə müsbət təsir göstərə bilər. Hazırda sınaq mərhələsində olan xəstələrə immun sistemlərinin xəstəliklərə hücum etməsi üçün “fərdiləşdirilmiş” peyvənd verilir. Bu, immunitet sisteminə zədələnmiş hüceyrələri aşkar etməyi və onları məhv etməyi öyrədir.
Məlumata əsasən, onların mRNA xərçəngi araşdırmaları Covid-19-dan çox əvvəl başlayıb və bəzi ümidverici nəticələr əldə edib.
“Alimlər olaraq biz həmişə xərçəngin müalicəsini tapdığımızı söyləməkdən çəkinirik. Çox mərhələlər olub və biz bunun üzərində işləməyə davam edirik” –deyə Türəci bildirib.
Mənbə: BBC