Quba rayonunda ana və körpə ölümü olub.
Xaçmaz rayonundan Quba Perinatal Mərkəzinə gətirilən Xaçmaz sakini 1981-ci il təvəllüdlü Pərzad Qasımova dünyasını dəyişib.
Mərkəzdən verilən məlumata görə, hamilə qadın ağır vəziyyətdə mərkəzə çatdırılıb. Göstərilən tibbi yardıma baxmayaraq ana və körpənin həyatını xilas etmək mümkün olmayıb.
Mənbə: APA