"ABŞ prezidenti açıqlamaları ilə başqa ölkələrdə xaos və terroru qızışdırır".
Bunu İran prezidenti İbrahim Rəisi Tehranda Nazirlər Şurasının iclasında çıxış edərkən deyib.
O, qeyd edib ki, ABŞ İrandakı nümayişləri dəstəkləyir və bu yolla iranlıları ümidsizliyə və xaosa məhkum etməyə çalışır.
ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatları və hücumları yaxşı bildiklərini qeyd edən Rəisi, İrana qarşı həyata keçirilən təsəvvürün iflasa uğrayacağını və məqsədlərinə çata bilməyəcəklərini bildirib.
Mənbə: Trt haber