​Bu il qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

​Bu il qeydə alınan nikah və boşanmaların sayı
11:35 17.10.2022
315 Sosial
A- A+

2022-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 40277 nikaha daxilolma və 10391 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,4-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.