Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası İstanbulda öz işinə başlayıb.
TDT-nın gündəliyində duran prioritet məsələlərlə yanaşı, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçiriləcək TDT Sammitinə hazırlıq müzakirə olunacaq.
İclasda Təşkilata üzv ölkələri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin, müşahidəçi ölkələr Macarıstan və Türkmənistanın XİN rəhbərləri iştirak edir.