Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.
Səfər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak etmək məqsədi daşıyır.
Anım tədbirinə diplomatlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Baş Prokurorluğun nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi qatılacaq.