​Ermənistan hərbi qüvvələri sərhəddin bu bölgəsində toplanıb - Müdafiə Nazirliyi

​Ermənistan hərbi qüvvələri sərhəddin bu bölgəsində toplanıb -
13:18 17.10.2022
304 Siyasət
A- A+

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bildiririk ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", MN-dən bildirilib.