Ukraynada müharibə davam edir.
Kiyev, Donetsk, Dnepropetrovsk, Jitomir, Nikolayev, Zaporojye vilayətləri gecə boyu dron hücumlarına məruz qalıb. Ukrayna Silahlı Qüvvələri tərəfindən 14 kamikadze dronu məhv edilib ki, onların yarısı Kiyev vilayəti ərazisinə düşür.
Son günlər Donetsk vilayətinin yeni azad olunmuş ərazilərinə Rusiya ordusunun hücumları artıb.
Dron hücumlarının daha çox Donetsk vilayətində müşahidə olunduğunu deyən jurnalist qeyd edib ki, Baxmut və Limansk rayonlarında azərbaycanlılara məxsus kafelər və evlər də dağıdılıb.
Mənbə: Baku TV