"Fənərbağça" hücum xəttinə yeni futbolçu cəlb etməyi planlaşdırır.
"Sarı-lacivərtlər" "Flamenqo"nun oyunçusu Qabriyel Barbosanı transfer etmək istəyir. İstanbul təmsilçisi 26 yaşlı hücumçu üçün 15 milyon avro ödəməyə hazırdır.
Futbolçu ilə İngiltərədən "Vulverhempton" klubu da yaxından maraqlanır.
Qeyd edək ki, Braziliya millisini üzvü olan Qabriyel 2016-2020-ci illərdə "İnter" klubundan çıxış edib. O, 2021-22 mövsümündə 58 matça çıxıb, 28 gol ve 5 assistə imza atıb.
Mənbə: Fotomaç
