Keçən il İstanbulda tarixi zirvədə liderlərimiz birliyimizə dair vacib addımlar atdılar.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, iclas zamanı həm 11 noyabrda Səmərqəndə baş tutacaq liderlər Zirvəsinə dair hazırlıqlar, həm də masada olan cari məsələlər müzakirə olunub.
“Sədrliyimiz dövründə həmrəyliyimizin gücləndirilməsi də müzakirə edildiyi. Bildiyiniz kimi, Qazaxıstanda məlum hadisələr baş verdi və biz qardaş ölkə və xalqın yanında olduq... Biz, Ukrayna, Mərkəzi Asiya və Qafqazda baş verənləri da müzakirə etdik. Azərbaycanın Qarabağ Zəfərindən sonra ortaya çıxan sülh fürsətini də müzakirə etdik”, - deyə o bildirib.
Nazir əlavə edib ki, Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 10 noyabrda Səmərqənddə baş tutacaq.