Türkiyə xarici işlər naziri ermənistanlı həmkarı ilə görüşməyə hazır olduğnu bildirib.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında bildirib.
O, bu görüşün tarixi və detallarının Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair xüsusi nümayəndələrin görüşü zamanı müzakirə oluna biləcəyini qeyd edib.
Nazir əlavə edib ki, xüsusi nümayəndələrin görüşünün tarixini, Türkiyə yoxsa Ermənistanda keçiriləcəyini tərəflər özləri yaxın zamanda müəyyən edəcək.
Mənbə: APA