​Azərbaycan benzinin istehsalını cüzi azaldıb

​Azərbaycan benzinin istehsalını cüzi
15:30 17.10.2022
A- A+

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 885,9 mln. manat olmaqla, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,1% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumu istehsalı 3,7% artıb.

Məlumata görə, avtomobil benzininin istehsalı 0,9%, dizel yanacağının istehsalı 23,3%, neft koksunun istehsalı 30,3%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7%, sürtkü yağlarının istehsalı isə 36,5% azalmışdır.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.