Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumatda qeyd edilib ki, oktyabr ayının 16-da saat 10:55-də Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik vasitə “marixuana”ya bənzər maddə və 1796 ədəd psixotrop tərkibli “metadon-40” həbi aşkar olunaraq götürülüb.
Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumatda qeyd edilib ki, oktyabr ayının 16-da saat 10:55-də Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 340 qram narkotik vasitə “marixuana”ya bənzər maddə və 1796 ədəd psixotrop tərkibli “metadon-40” həbi aşkar olunaraq götürülüb.