​Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb

​Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı
16:15 17.10.2022
A- A+

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 735 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 38,1%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6,5%, kimya sənayesi məhsullarının istehsalında isə 5,5% artıb.

Məlumata görə, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 62,7%, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 61,7%, lak-boya məmulatlarının istehsalı 13,3% artmış, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 32,4% azalıb.