​“Google” Azərbaycanı belə təbrik etdi

​“Google” Azərbaycanı belə
10:30 18.10.2022
A- A+

“Google” qlobal axtarış sisteminin əsas səhifəsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 illiyi münasibətilə bildiriş yerləşdirilib.

Bildirişdə yerləşdirilmiş hiper-fotonun üstünə klik edəndə Azərbaycanın Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumatlar olan saytlara keçid edilir.

Qeyd edək ki, “Google”-un əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə bu cür bildirişlərin yerləşdirilməsi ənənə halını alıb.