​Bu il Bakıda 337 yol qəzası olub, 143 nəfər ölüb

​Bu il Bakıda 337 yol qəzası olub, 143 nəfər
11:10 18.10.2022
211 Hadisə
A- A+

“Ötən 9 ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 143 nəfər ölüb, 264 nəfər isə yaralanıb”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, bu, ötən dövrlə müqayisədə, yəni 2021-ci ilin 9 ayında hadisələrdə 17 fakt, ölümlərdə 2 fakt və xəsarət alanlarda isə 20 fakt azalma deməkdir.

Mənbə: Report