​“Azərbaycanla ortaq mədəniyyəti, tarixi və taleyi paylaşırıq” - Şimali Kipr Prezidenti

​“Azərbaycanla ortaq mədəniyyəti, tarixi və taleyi paylaşırıq” -
11:35 18.10.2022
220 Siyasət
A- A+

“Azərbaycanla ortaq mədəniyyəti, tarixi və taleyi paylaşırıq”.

Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tviterində yazıb.

O, Azərbaycan dövlətini və xalqını təbrik edib.

“Can Azərbaycanı 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ən səmimi arzularla təbrik edir, Azərbaycan xalqına öz adımdan və Şimali Kipr xalqı adından sevgi və salamlarımı çatdırıram”, - dövlət başçısı bildirib.