​ABŞ Niderlanda beşinci nəsil "F-22 Raptor" qırıcılarını yerləşdirdi

​ABŞ Niderlanda beşinci nəsil
11:30 18.10.2022
208 Dünya
A- A+

ABŞ NATO-nun Havadan Mühafizə missiyası çərçivəsində Polşada təlimlər üçün müvəqqəti yerləşdirilmiş beşinci nəsil “F-22 Raptor” qırıcı-bombardmançılarını Niderlanda köçürüb. 

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb. Məlumata əsasən, ABŞ-ın “F-22” təyyarələri təlim uçuşlarını Polşanın “F-16” və İtaliyanın “Eurofighter Typhoon” qırıcıları ilə birgə həyata keçirib. Bazar ertəsi alyansa üzv ölkələrin hərbi hava qüvvələri “Steadfast Noon” təlimlərinə başlayıb.

Belçika, Böyük Britaniya və Şimal dənizi ərazilərində keçiriləcək və oktyabrın 30-dək davam edəcək hava təlimlərinə NATO-nun 14 ölkəsindən 60 təyyarə cəlb olunacaq. Bu məqsədlə ABŞ Hərbi Hava Qüvvələri Avropaya nüvə silahı daşımağa qadir olan “B-52H” strateji bombardmançı qrupunu göndərəcək.

Mənbə: İnterfax