​"Arktika Rusiya ilə qarşıdurmanın mərkəzinə çevrilə bilər" - Senator

​
12:00 18.10.2022
264 Dünya
A- A+

“ABŞ Arktikanın təhlükəsizliyini təmin etməkdə geridə qalıb”.

Bunu ABŞ senatoru Anqus King deyib. Bildirib ki, bu region tezliklə qlobal, o cümlədən Rusiya ilə qarşıdurmanın mərkəzinə çevrilə bilər.

Kinqin sözlərinə görə, qlobal istiləşmə Arktikada yeni marşrutlar açır, eyni zamanda regionu potensial münaqişə mərkəzinə çevirir:

“Aralıq dənizi ətrafında yerləşən ölkələr arasında münasibətləri müəyyən etmək üçün min ildən artıqdır ki, müharibələr gedir. Məsələ ondadır ki, biz Arktikanı açıb münaqişədən qaça bilərikmi?”.

Mənbə: CNN