​Azərbaycanın bu il qaz ixracından gəlirləri 4 dəfədən çox artıb

​Azərbaycanın bu il qaz ixracından gəlirləri 4 dəfədən çox
14:10 18.10.2022
A- A+

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 102 516,1 min ABŞ dolları dəyərində 16 552 772,27 min kubmetr təbii qaz ixrac edib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 10,9%, dəyəri isə 4,1 dəfə artıb.

Məlumata görə, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Qeyd edək ki, ötən il Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.