​ABŞ yeni COVID-19 ştamı yaratdı - Yeni pandemiyaya səbəb ola bilər...

​ABŞ yeni COVID-19 ştamı yaratdı -
13:55 18.10.2022
266 Dünya
A- A+

ABŞ-ın Boston Universitetinin Qabaqcıl Yoluxucu Xəstəliklər üzrə Milli Laboratoriyasının əməkdaşları siçanlar üzərində yeni sınaqlar həyata keçiriblər. Aparılan təcrübələr zamanı öldürücülük dərəcəsi 80% olan yeni COVID-19 ştamı yaradıblar.

Məlumata əsasən, komanda Omicron və Uhan orijinal ştamı əsasında hibrid virus yaradıb. Alimlərin siçanlar üzərində apardıqları təcrübələr ölüm nisbətinin 80% olduğunu göstərib. Alimlərin işi beynəlxalq elmi dairələrdə tənqidə səbəb olub.

İsrail, Böyük Britaniya və ABŞ-dan olan tədqiqatçılar qeyd ediblər ki, belə təcrübələr yeni bir pandemiyaya səbəb ola bilər. Bildirilib ki, bu qanunvericiliklə qadağan edilməlidir.

Məlumata əsasən, Bostondakı laboratoriya ilə yanaşı, ABŞ-ın daha 13 tədqiqat mərkəzində oxşar işlər aparılır.

Mənbə: Daily Mail