Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Səməd Əyyub oğlu Həsənov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.