​Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik edib

​Qazaxıstan səfirliyi Azərbaycan xalqını
15:00 18.10.2022
254 Siyasət
A- A+

Qazaxıstanın Azərbaycandakı səfirliyi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib.

Bu barədə səfirliyin rəsmi “Facebook” səhifəsində paylaşım edilib.

Səfirlik xalqımıza sülh, əmin-amanlıq arzulayıb: “Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir!

Hər kəsə səmimi qəlbdən sülh, əmin-amanlıq, xoşbəxtlik, rifah və tərəqqi arzu edirik!"