​Azərbaycana dərman idxalı artıb

​Azərbaycana dərman idxalı
15:05 18.10.2022
A- A+

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 474 milyon 874.79 min ABŞ dolları dəyərində 20 min 695.32 ton əczaçılıq məhsulu idxal edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 14,2% və 26,6% çoxdur. Belə ki, 2021-ci ilin eyni dövründə ölkəyə 415 milyon 749.85 min ABŞ dolları dəyərində 16 min 348.66 ton dərman idxal edilmişdi.